news Image
2012.08.16
11:01
| A A A
İl ərzində mobil telefonların satışı 2,3 faiz azalıb

Gartner analitik şirkəti bu gün hesabat dərc edərək cari ilin ikinci rübündə dünya bazarında mobil telefonların satışının bir il əvvəlin analoji dövrünün səviyyəsindən 2,3 faiz azalmasını açıqlayıb.

Şirkət qeyd edir ki, azalma istehlakçılar tərəfindən iPhone 5 modelini gözləməsi, eləcə də istehlak tələbatını saxlayan mürəkkəb iqtisadi vəziyyət fonunda baş verir.
Mobil telefonların ümumi satışının ən çox hissəsi Samsung, Nokia və Apple şirkətlər üçlüyünün payına düşsə də, ilk beşlikdə həmçinin ZTE və LG Electronics şirkətləri yer ala bilib.
Android əməliyyat sistemi bütün yeni qurğuların 64,1 faizində, iOS isə 18,8 faizində quraşdırılıb.