news Image
2015.04.03
12:00
| A A A
“eBay” yeni ödəniş sistemi yaradır

"eBay" internet mağazası yeni "eBay PayPayPay" adlı ödəniş sistemi yaradır. Movqe.az xəbər verir ki, bu ödəniş sisteminə əsasən, məhsul alıcıya lazım olan bütün ödəniş funksiyalarını özündə cəmləyəcək. Bütün dünya valyutaları, sensorlu autentifikasiya, maqnit texnologiyaları əsasında mobil hesablaşmalar, tranzaksiya məlumatlarının şifrlənməsi "eBay PayPayPay"da bir arada birləşdiriləcək.

Xatırladaq ki, "eBay" internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. "eBay"da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər "eBay"da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca "brands.ebay.com" bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs