news Image
2015.04.03
18:00
| A A A
Tarixi rekord: Rusiya SSRİ-ni ötdü

Ukrayna böhranı vəsanksiyalar ucbatından neft istehsalını artıran Rusiya tarixi rekorda imza atıb. Movqe.az xəbər verir ki, mart ayında ölkə üzrə istehsal olunan neft Sovet İttifaqından sonra ən yüksək həddə çatıb. Enerji Nazirliyinin məlumatına görə, ötən ay gündəlik orta istehsal 10,71 milyon barrel olub. Rusiyanın neft ixrac şirkəti "Transneft"in məlumatına görə isə ixracat 2 faiz artaraq gündəlik 4,37 milyon barrelə çatıb.Xatırladaq ki, Enerji naziri Aleksandr Novak 2015-ci ildə neft ixracatının artacağını bildirib. Onun sözlərinə görə, neft ixracının bu il 3 milyon ton artaraq 224 milyon tona çatması planlaşdırılır. 2035-ci il üçün planlaşdırılan rəqəm isə 280 milyon tondur.Məlumat üçün bildirək ki, Sovet İttifaqının son dönəmində, 1991-ci ildə neft istehsalı gündəlik 9,2 milyon barrel idi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs