Əlaqə Arxiv
news Image
2015.04.04
11:07
| A A A
Neftin qiyməti yenə düşdü
İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində ötən gündən bəri dəyişiklik müşahidə olunmaqdadır.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37 dollar azalaraq 48.77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.48 dolar enərək 54.47 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.14 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54.95 dollar idi.
Sizin Reklam Yeriniz