news Image
2015.04.05
10:05
| A A A
SOCAR Bakı-Novorossiysk kəməri üzrə neft nəqlini davam etdirəcək
"SOCAR Bakı-Novorossiysk kəməri üzrə neft nəqlini davam etdirəcək. Tariflər artırılsa belə, SOCAR Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqlini davam etdirəcək".

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
 

Onun sözlərinə əsasən, SOCAR bu boru kəməri üzrə neftin nəqlini kommersiya şərtləri əsasında həyata keçirir: "Əvvəlki hökumətlərarası saziş digər şərtləri nəzərdə tuturdu. Lakin sonra Rusiya bu sazişin dayandırılması barədə qərar qəbul etdi və biz kommersiya şərtləri əsasında yeni müqavilə imzaladıq. Onların fərqi yeni sazişlə daha ucuz qiymətlərin nəzərdə tutulmasından ibarətdir. Rusiyada rublun devalvasiyası ilə bu şərtlər bizim üçün az qala iki dəfə sərfəli oldu".
 

R.Abdullayev əlavə edib ki, Rusiya qiymət dəyişikliyini həyata keçirməyə hazırlaşır: "Bu, normal haldır və bu qərar bizə ciddi təsir etməyəcək. Biz boru kəmərindən adi rejimdə istifadə edirik. Bakı-Novorossiysk Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərdən biridir və bu boru kəmərindən Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri ilə yanaşı istifadə ediləcək. Məqsəd Azərbaycan neftinin dünya bazarlarına tədarükünün şaxələndirilməsini təmin etməkdir".
 

Qeyd edək ki, bu yaxınlarda Regulation.gov.ru portalında yerləşdirilmiş Rusiyanın Tarif üzrə Federal Xidmətinin müvafiq fərman layihəsində deyilirdi ki, Rusiya Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqli tarifini 31 faiz artıra bilər.
 

Layihəyə görə, nəql üzrə tarif 149,95 rubl, yəni bir tona görə indiki 484,59-dan 634,54 rubladək artırıla bilər (ƏDV-siz).
 

Tarif Azərbaycan sərhədindən Şesxaris (Novorossiysk) yükboşaltma məntəqəsinədək olan marşrut üçün Rusiya rublu ilə hesablanıb.
 

Qeyd edək ki, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-mart aylarında Bakı-Novorossiysk şimal boru kəməri üzrə 423 min 785 ton ton neft ixrac edib.



"Tariflər artırılsa belə, SOCAR Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqlini davam etdirəcək".

Movqe.az xəbər verir ki , bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs