news Image
2015.04.05
11:05
| A A A
"TANAP vasitəsi ilə qazı 2018-ci ildən alacağıq"

"Gürcüstanda TANAP qaz kəmərinin tikintisinə 2 milyard dollar xərclənəcək".

 

Movqe.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Georgi Abaşişvili deyib.

 

Onun sözlərinə görə, Trans Anadolu qaz layihəsi vacib bir layihədir: "Gürcüstan üçün bu layihə böyük əhəmiyyət kəsb edir. Ümumilikdə bu layihəyə 45 milyard dollar vəsait ayrılıb, Gürcüstan ərazisində infrastruktur tikintisinə isə 2 milyard dollar xərclənəcək. Bu, çox vacibdir, çünki yeni iş yerləri açılacaq. Limanlarımız və dəmir yolumuz vasitəsi ilə əlavə yüklər daşınacaq. Əlbəttə, ölkəmiz belə infrastruktur layihələrin həyata keçirilməsində böyük təcrübə əldə edəcək".

 

G. Abaşişvili region iqtisadiyyatının inkişafında Gürcüstanın körpü rolu oynadığını bildirib: "Bu körpü vasitəsi ilə Çin və Yaponiyadan yüklər daşınacaq. Bu istiqamətdə üç dövlətin iştirakı prinsipial əhəmiyyət kəsb edir, buna görə də biz Türkiyə və Azərbaycanın tərəfdaşı sayılırıq".

 

Gürcüstan prezidentinin müşaviri TANAP qaz kəməri vasitəsi ilə ölkəsinin 2018-ci ildən qaz alacağını bildirib: "2019-ci ildə isə Avropa TANAP vasitəsi ilə qaz alacaq. Bu, layihənin Gürcüstan üçün sərfəli olduğu aydın görünür və biz onun müsbət nəticələrini görəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs