news Image
2015.04.05
15:00
| A A A
Azərbaycan Xəzərdən işıq alacaq
Azərbaycan Xəzərdə külək parkları yaratmaq məqsədilə dənizin akvatoriyasının öyrənilməsi işlərinə başlayıb. Movqe.az xəbər verir ki , bu barədə Trend-ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müaviniCəmil Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sistemi qonşu ölkələrin analoji sistemləri ilə sıx əlaqəlidir və bu, elektrik enerjisinin həm ixracı, həm də idxalı üçün imkanlar yaradır: "Elektrik enerjisi sahəsində davamlı inkişaf Azərbaycanın ixrac potensialını artıracaq. Generasiya güclərimizi artıra biləcəyimiz sahələrdən biri də alternativ enerji mənbələridir".

C.Məlikov qeyd edib ki, enerji gücü baxımından Xəzər dənizinin ofşor zonası böyük potensiala malikdir: "Xəzərin ofşor zonasında böyük külək potensialı var. Burada sərəncamımızda olan böyük məkanda külək parkları inşa edə bilərik. Məhz bu məqsədlə Xəzər akvatoriyasının öyrənilməsinə başlanılıb və bu işlər uğurla davam etdirilir".

Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2 min meqavat təşkil edir. Alternativ və bərpa olunan enerji mənbələrinin ümumi potensialı isə 12 min meqavatdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs