Əlaqə Arxiv
news Image
2015.04.06
15:40
| A A A
Dəmir ehtiyatımızın həcmini açıqladı
Daşkəsən qrupu yataqlarının isbat edilmiş ehtiyatı 270 milyon ton filizdir.

Movqe.az xəbər verir ki, bunu "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov bildirib. "Kompleks tərəfindən 2060-cı ilə qədər Daşkəsən mədəninin inkişaf planı qəbul edilmişdir Bizim təkcə Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatımız var. Filizin tərkibinin orta hesabla 40%-i dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatımızın olduğu deməkdir. Çıxarılma nisbətini də götürsək, bizim 50-60 illik dəmir ehtiyatımız var", - o deyib. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işqal olunmuş ərazilərdə də dəmir filizi yataqları mövcuddur. Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmişdir. Ötən il Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti yenidən bərpa olunub. Kombinat "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tərkibində fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz