Əlaqə Arxiv
news Image
2015.04.07
04:00
| A A A
ABŞ dolları ucuzlaşdırmağa başalyır
Dünya maliyyə bazarlarında ABŞ valyutası yenidən məzənnə itkisi ərəfəsindədir

Son aylar ərzində dünyanın əksər ölkələrində, o cümlədən də Azərbaycanda dolların məzənnəsinin yüksəlməsi və bunun hansı nəticələrə gətirib çıxaracağı ətrafında hələ də müxtəlif fikirlər yürüdülməkdədir. Dolların bundan sonra da möhkəmlənməsi və ya ucuzlaşması barədə birmənalı mövqe yoxdur. Lakin proseslərin gedişi göstərir ki, dolların indiki mövqeyi ABŞ-da getdikcə daha çox narahatlıq yaratmağa başlayıb.

Məsələ bundadır ki, dolların məzənnə yüksəlişi artıq iqtisadiyyatın bir çox sahələrində ABŞ üçün də ciddi problem mənbəyinə çevrilir. Dünyanın aktivlərin idarəedilməsi üzə ən böyük şirkəti olan "Blackrock"un icraçı direktoru Larri Fink güclü dolların ABŞ iqtisadiyyatının artmasında ləngiməyə səbəb olduğunu qeyd edib. Larri Fink güclü dolların aBŞ-da biznes etibarını da zəiflətdiyini deyib. O, güclü dolların təsirinin yalnız ixracat sektorunda hiss edilmədiyini bildirib. Bu gedişlə Larri Fink dolların güclənməsinin "etibar erroziyasına" gətirəcəyini və bəzi şirkətlərin investisiya qərarlarını yayubatmasına səbəb olacağını, bunun da gələcəkdə ABŞ-da iqtisadi artımı ləngidəcəyini proqnozlaşdırıb. Qeyd edək ki, "Blackrock"qlobal maliyyə bazarlarında 4,7 trilyon dollarlıq aktivləri idarə edir.

Ümumiyyətlə, ABŞ-da dolların məzənnəsinin aşağı düşməsinin tərəfdarlarının sayı sürətlə çoxalır. Çünki, güclənən dollar ABŞ-ın ixracına mənfi istiqamətdə ciddi təsir göstərir. Bu isə amerikalı istehsalçıları qane etmir. Bu səbəbdən istehsalçılar dolların məzənnəsinin yüksəlməsinə qarşıdır.

Hətta ABŞ-da şist nefti emal edən şirkətlər də dollara görə, müflis olmaq təhlükəsi qarşısındadır. Çünki güclənən dollar neftin qiymətini artıq 70 dollardan da aşağı salıb və nəticədə şist nefti emalı zərərli biznesə çevrilib. Bu vəziyyətdə ABŞ Mərkəzi Bankı (FED) dolların dahada güclnəməsinin qraşısını almaq üçün uçot dərəcəsini tədricən artıracağını bildirib. Hazırda ABŞ Mərkəzi Bankının müzakirə etdiyiəsas məsələlərdən biri məhz dolların dünya bazarında möhkəmlənməsinin qarşısını almaq və ya mövcud siyasəti davam etdirmək sualları üzərində qurulub. Espert Vüqar Bayramov məsələ ilə bağlı bildirib:

"Güman olunur ki, ABŞ Mərkəzi Bankı dolların müəyyən qədər yumşaldılması üçün uçot dərəcələrinə dəyişikliklər edəcək. Çünki bütün hallarda dolların kəskin möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarını məhdudlaşdıraraq ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda, idxalın ucuzlaşmasına gətirib çıxarır ki, bu da ABŞ-da istehlak qiymətlərindəki artımı şərtləndirmir. Bu gün ABŞ üçün iqtisadi baxımdan çətinlik yalnız möhkəm dollar deyil, istehlak qiymətləri indeksinin aşağı olması fonunda daxili investisiya ilə bağlı yaranan problemlərdir. Uzun müddətdir ki, ABŞ Mərkəzi Bankı Avropa Mərkəzi Bankının qərarına uyğun olaraq uçot dərəcəsinə yenidən baxmağı qarşısına məqsəd qoyub. Hələlik bununla bağlı müəyyən fikir ayrılıqları var. Çünki ABŞ avrozanada ixrac qabiliyyətinin artırılması və Avropanın iqtisadi baxımdan sağalmasında maraqlıdır. Bu baxımdan da avronun məzənnəsinin uzunmüdətli dövr ərzində aşağı düşməsinə praktik olaraq imkan yaradır".

İqtisadçının sözlərinə görə, ABŞ bir tərəfdən mövcud siyasətini Avropa İttifaqının iqtisadi inkişafı bərpa edəcəyi vaxta qədər davam etdirmək istəyir, başqa tərəfdən isə ölkə iqtisadiyyatında yaxın prespektivdə problemlərin olacağından ehtiyatlanaraq uçot dərəcələrinə yenidən baxılmasını və dəyişdirilməsini istəyir "Buna görə də hələ ki, ikili yanaşma siyasəti yürüdülür. Praktik olaraq hansı yanaşmanın üstün olması məhz müzakirələrdən asılı olacaq. Hər halda, güman olunur ki, ABŞ Mərkəzi Bankı gec-tez uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edəcək. Əks halda möhkəm dollar-möhkəm milli valyuta getdikcə məhdudlaşan ixrac potensialı və aşağı səviyyəli istehlak qiymətləri indeksi ABŞ iqtisadiyyatı üçün ciddi təhlükə yarada bilər".

ABŞ-ın atacağı addımlar şübhəsiz ki, dolların kursunda mühüm dəyişikliklərə səbəb olacaq və onun dünya maliyyə bazarlarında aşağı düşməsin əgətirib çıxaracaq. Bu mənada gözlənilir ki, dollar Azərbaycanda yenidən ucuzlaşmağa başlasın. Neftin qiymətində müşahidə edilən son artımlar da bunu qaçılmaz edir.

Sizin Reklam Yeriniz