news Image
2012.08.20
15:43
| A A A
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,635 mln. nəfəri ötüb
Bu il avqustun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 635,1 min nəfər olub ki, onlardan 4 390,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, 2012-ci ilin yanvar-iyun aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 395,9 min nəfər, orta siyahı sayı isə 1 373,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 849,4 min nəfər, qeyri-dövlət bölməsində isə 523,9 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,9 min nəfər, qeyri-neft sektorunda isə 1 336,4 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 332,9 min nəfər təşkil edib.
"Avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,8 min nəfər olub ki, onların 42,4%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 202,4 manat olub", - deyə Komitədən bildirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs