Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
“NASA” orbitə ucuz “Android”-peyklər buraxacaq
 
 
news Image
2012.08.28
17:48
| A A A
“NASA” orbitə ucuz “Android”-peyklər buraxacaq

Movqe.Az xəbər verir ki, Amerikanın "NASA" aerokosmik agentliyi "PhoneSat" layihəsinə  başladığını elan edib. Layihə çərçivəsində yer orbitinə bir neçə çox ucuz mini-peyk çıxarmaq planlaşdırılır. Peyklərin birinci partiyası "Nexus One" smartfonu ilə işləyəcək. Bu barədə agentliyin saytında bildirilib.

1 ədəd belə "telefon" peykinin qiyməti təxminən 3500 dollar təşkil edir. Onlar Yer kürəsinin səthini müşahidə etmək, kosmik uçuşlar üçün yeni texnologiya və komponentlərin sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. 2012-ci ilin sonunadək orbitə üç ədəd "PhoneSat" peyki buraxmaq planlaşdırılır.

Qeyd edək ki, "Nexus S" smartfonu artıq kosmosa uçub. Təxminən iki il əvvəl internet-nəhəngin mühəndislərindən və Kaliforniya Universitetinin tələbələrindən ibarət olan entuziastlər qrupu 7 ədəd "quqlofon"u xüsusi soyuducu kameralara yerləşdirmiş və sonra onları meteoroloji zondlara bağlamışdılar.

Bu sınağın əsas məqsədlərindən biri "Nexus S" smartfonuna quraşdırılmış  datçiklərin (akselerometr, jiroskop və kompas) aşağı temperaturun öhdəsindən necə gəldiyini öyrənmək idi.Təxminən üç saatdan sonra bəzi "quqlofon"lar təxminən 32 min metr hündürlüyə qalxmağın öhdəsindən gəlmişdilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs