Əlaqə Arxiv
news Image
2012.09.03
13:04
| A A A
Sloveniya iflas bayrağını qaldırdı

Movqe.Az xəbər verir ki, iqtisadiyyatı nümunə kimi göstərilən Avropa Birliyi ölkəsi olan Slovenya iflasın astanasındadır.

Ölkədə yaşanan çətinliyə bağlı açıqlama yayan Slovenya Baş naziri Janez Jansa, "Cəmiyyət üçün lazım olan xərcləri qarşılamaq bir neçə həftəlik pulumuz qaldı. Slovenya, oktyabr ayında iflas təhlükəsiylə qarşı-qarşıya qala bilər" açıqlamasını verdi. www.siol.net saytına danışan Slovenya Baş naziri, maliyyə çətinlikləri, "Əgər dövlət təhvillərini sata bilməriksə pul ödəməyə bilərik." sözləriylə fikrini yekunlaşdırıb. Baş nazir Jansa, xilas üçün yardım aldıqları təqdirdə ölkədə son sözü artıq özlərinin söyləyə bilməyəcəyini düşünür.

Ölkə lideri "Ən pis Sloven hökuməti belə AB, BVF və Avropa Mərkəz Bankından ibarət olan  Troykadan daha ictimaidir." sözləriylə xilas fonduna isti münasibəti olmadığını ifadə edib.

Sizin Reklam Yeriniz