news Image
2012.09.05
15:39
| A A A
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 9 pillə irəliləyib
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə dünyanın 140 ölkəsi arasında 46-cı yeri tutur.
"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi "Global Competitivness Report 2012-2013" adlı hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycan ötən il tutduğu mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləyib. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 82-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutub.
Siyahıya ötən ilki kimi İsveçrə və Sinqapur başçılıq edir. İlk üçlüyü Finlandiya tamamlayır.
Qeyd edək ki, Dünya İqtisadi Forumu milli rəqabət qabiliyyətliliyi ölkənin və onun institutlarının orta müddətli perspektivdə möhkəm olacaq iqtisadi artımın stabil templərini təmin etmək qabiliyyəti kimi müəyyən edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs