Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib
Azərbaycan İqtisadi İnkişaf
Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran
nümayəndəliyinin təşkilatçılığı Cəlilabad rayonunda sahibkarlar
üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması"
və "Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri"
mövzularında treninqlər keçirilib.
Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, tədbirdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə iştirakçılara geniş məlumat verilib.
Treninqdə həmçinin, "2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı", ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib, "Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri" mövzusunda təqdimat keçirilib.