Əlaqə Arxiv
news Image
2012.09.11
20:25
| A A A
Bakı metrosunun “Gənclik” stansiyası ətrafındakı “gecəqondular”ın köçürülməsi 10 mln. manata başa gəlib
Bakının "Gənclik" metro stansiyası yaxınlığında keçmiş uşaq dəmiryolu ətrafında tikilmiş "gecəqondular"ın köçürülməsi 10 mln. manata başa gəlib.
Bu barədə "APA-ECONOMICS"ə ərazidə iri yol-körpü-tunel layihəsi həyata keçirən "Akkord" şirkətinin korpü-tunel tikinti departamentinin direktoru Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, layihə ərazisinə düşən park abadlaşdırılaraq yenidən qurulub və bu zaman parkdakı "gecəqondu" evlərin hamısı sökülüb, onların sahiblərinə kompensasiya ödənilib. Belə evlərin sahibləri ümumilikdə 10 mln. manatdan artıq kompensasiya alıblar. Onlara kompensasiyalar evin hər kvadratmetrinə görə 1500 manatdan ödənilib.
 
Sizin Reklam Yeriniz