Əlaqə Arxiv
news Image
2012.09.14
20:13
| A A A
"Ölkədə deflyasiya müşahidə olunmaqdadır"

Dövlət Statistika Komitəsi ölkədə beş ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunduğunu açıqlayıb.

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8 faiz, xidmət tarifləri 0,3 faiz ucuzlaşıb.
Qeyri-ərzaq mallarının qiymətləri iyul ayının səviyyəsində qalıb. Eyni zamanda qiymət və tariflər səkkiz ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 1,5 faiz bahalaşıb.

Sizin Reklam Yeriniz