news Image
2012.09.20
19:13
| A A A
Əli Abbasov Sloveniya baş nazirinin müavini ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və Sloveniya arasında son illər müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın müsbət tendensiyada inkişaf etdiyini bildirib.
Qarşılıqlı əməkdaşlıq, o cümlədən Sloveniya şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün münbit şərait yaradıldığın diqqətə çatdıran nazir Əli Abbasov Azərbaycanın prioritet layihələrindən də söz açıb. Onun sözlərinə görə, respublikada növbəti 3 il ərzində genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi, eləcə də ölkənin bütün kəndlərində bu xidmətə olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Bunun üçün 350 milyon avro vəsait tələb olunduğu artıq müəyyənləşib və layihənin icrası üçün hazırlıq işlərinə başlanılıb. Respublikada "Elektron hökumət" quruculuğundan da söz açan rabitə və informasiya texnologiyaları naziri hazırda Azərbaycanın regional bazarda informasiya xidmətlərinin göstərilməsi üçün yetərli infrastruktura malik olduğunu söyləyib: "Daxili bazarda bu xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, regional xarici bazarlarda da iştirakımızı təmin etmək niyyətindəyik. Hesab edirik ki, bu imkanlarımızdan Orta Asiya, İran, Gürcüstan kimi ölkələr yararlana bilərlər. Təbii ki, Sloveniyaya bu sahədə xidmətlərimizi təklif etməyə hazırıq".
Əli Abbasov qeyd edib ki, nəzərdə tutulan növbəti prioritet məsələ kosmik sənaye ilə bağlıdır. Azərbaycan artıq ilk telekommunikasiya peykini orbitə buraxmağa hazırlaşır. Bunun ardınca növbəti peyklərin də orbitə buraxılmasının təmin ediləcəyini deyən Əli Abbasov Azərbaycan üçün İKT sahəsində növbəti mühüm addımın xarici bazarlara investisiyaların yatırılması üçün yerli şirkətlərin hökumət tərəfindən dəstəklənməsi olduğunu bildirib: "İnvestisiyaların yatırılacağı ölkələrdən biri də Sloveniya ola bilər və ya Azərbaycanla Sloveniya birlikdə üçüncü ölkəyə sərmayə yatıra bilərlər".
Radovan Zerjav Azərbaycana səfəri çərçivəsində bir neçə görüş keçirdiyini, Sloveniya və Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. İKT sektorunda, o cümlədən genişzolaqlı internet xidmətlərinin təşkili kimi sahələrdə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını dilə gətirən Radovan Zerjav hazırda Azərbaycan bazarında bir neçə Sloveniya şirkətinin fəaliyyət göstərdiyini xatırladıb: "Biz Azərbaycan şirkətlərinin Sloveniyada, Sloveniya şirkətlərinin Azərbaycan bazarında iştirakını müzakirə edib, onların fəaliyyətinə dəstək verməliyik. Düşünürəm ki, şirkətlərimizin qarşılıqlı əlaqələrini gücləndirməklə iqtisadi münasibətlərimizin inkişafı daha uğurlu olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs