Əlaqə Arxiv
news Image
2012.09.21
14:58
| A A A
Səbail rayonunda «Abad həyət» layihəsi uğurla davam etdirilir

Səbail rayonunun sürətlə inkişaf edən və 30 mindən çox sakinin yaşadığı Badamdar qəsəbəsində son illərdə aparılan geniş miqyaslı abadlıq quruculuq işləri nəticəsində qəsəbə öz simasını gün-gündən dəyişir. Qısa müddət ərzində qəsəbədəki 2 orta məktəb və 2 uşaq bağçası, mədəniyyət evi əsaslı təmir olunmuş, qəsəbə sakinlərin müraciətləri nəzərə alınaraq 2 böyük zalı olan xeyir-şər yeri tikilmiş, bir neçə yerdə istirahət bağları salınmış, Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi çərçivəsində 14 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Dövlət Proqramına uyğun olaraq qəsəbədə su və kanalizasiya xətləri yenidən qurulur, yeni yaşayış sahələrinə elektrik və qaz xətləri çəkilir, qəsəbədaxili yollar təmir olunuraraq asfaltlanır.

Bu il Badamdar qəsəbəsində Heydər Əliyev parkı əsaslı təmir olunaraq, burada Ümummilli lider Heydər Əliyevin əzəmətli büstü ucaldılmışdır. Hazırda park qəsəbə sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir.

Sentyabr ayının 4-də isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ötən ilin aprelində qəsəbə sakinləri ilə görüşündən dərhal sonra imzaladığı sərəncama əsasən tikilmiş 880 şagird yerlik yeni məktəb və 120 yerlik yeni uşaq bağçası binalarının açılışı dövlət başçısı tərəfindən həyata keçirilmişdir.

Səbail rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail RİH-nin "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsində Neftçilər döngəsi 7 ünvanda növbəti "Abad həyət" sakinlərin istifadəsinə verilmişdir.

Qəsəbənin mərkəz hissəsindəki əsas etibarı ilə neftçilərin yaşadığı həyətdə binaların fasadı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilmiş, fasad rənglənmiş, binanın blokunda yeni plastik pəncərələr və girişində isə yeni dəmir qapılar quraşdırılmışdır.

Həyətdəki binaların giriş hissəsi və pilləkənlər təmir olunmuş, bura daş düzülmüş, yeni tutacaqlar qurulmuşdur. Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilmiş, əlavə artırmalar sökülmüş, eyvanlar lambirlə üzlənmişdir. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuşdur.

Həyətin səkilərə aqlay vurulmuş, yeni bordyur daşları düzülmüşdür. Həyətdə təmizlik işləri aparılmış, işıqlandırma məsələləri həll olunmuş, həyətə və ətraf əraziyə 3750 kv metr yeni asfatl örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir.

Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır.

Həyətlərdə ağaclar budanmış, yeni ağaclar və kollar əkilmiş, yaşıllıqlar salınmış, məişət tullantılarından təmizlənmiş əraziyə bitki örtüklu torpaq qatı salınmışdır. Həyətdəki istinad divarı suvanaraq rənglənmiş, 80 p/m uzunluğunda dekorativ dəmir məhəccər quraşdırılmış, zibil meydançası təmir olunaraq bura yeni konteynerlər qoyulmuşdur.

Bu RİH tərəfindən həyata keçirilən "Abad həyət" layihəsi üzrə bu təkcə Badamdar qəsəbəsində 15-ci təmirli həyət olmuşdur.

Həyətin sakinləri görülən işlərin keyfiyyətindən çox razı qalmış, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sizin Reklam Yeriniz