Əlaqə Arxiv
news Image
2012.09.25
18:37
| A A A
“Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri”

Bu gün ( 25. 09. 2012) Bakıda, Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Türkiyə Cümhuriyyəti İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutunun (İSEREC) birgə təşkilatçılığı ilə "Azərbaycanda Faizsiz maliyyə bazarının inkişaf prespektivləri" mövzusunda beynəlxalq simpozium keçirildi. Simpoziumda yerli mətbuat nümayəndələri və iqtisadçı alimlərə yanaşı bir neçə müsəlman ölkələrinin iqtisadçıları da yer almışdı. 3 bölmədən ibarət olan simpoziuma açılış çıxışı ilə İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev başladı. Daha sonra isə söz Milli Məclisin deputatları Vahid Əhmədov və Hadı Rəcəbliyə verildi. Millət vəkilləri də müvafiq olaraq Azərbaycanın maliyyə və pul kredit bazarındakı bir sıra problemlərə toxunaraq, onların aradan qaldırılması istiqamətində fikirlərlə çıxışlarını başa vurdular. Daha sonra isə simpoziumun baş sponsoru olan "Ansar Lizing" şirkətinin prezidenti Ceyhun Nağıyev iştirakçıları salamladı. Şirkət prezidenti Azərbaycanda İslam bançılığının inkişafı üçün qanunvericilikdə yer almış bəzi boşluqların aradan qaldırılmasını təklif etdi. Ceyhun Nağıyevin çıxışından sonra artıq simpoziumun plenar iclası başladı. Plenar iclasa çıxış birincisi olaraq söz İstanbul İqtisadi Araşdırmalar və Məsləhət İnstitutunun rəhbəri Doç. Dr. Servet Bayındıra verildi. Qonaq çıxışını dünyada müasir faizsiz maliyyə alətlərinin fiqhi (İslam hüququ ) dəyərləndirilməsi üzərində qurdu. Bundan sonra isə "gələcəyə baxış" adı altında İqtisad Universitetinin Elm və İnnovasiya üzrə prorektoru, professor Əvəz Bayramov islam cəmiyyətində maliyyələşmənin iqtisadi-fəlsəfi interpretasiyası haqqında danışdı. Müəyyən fasilədən sonra rəhbəri İqtisadi Araşdırmalar üzrə Elmi Tədqiqat İnstitutunun direktoru professor Rasim Həsənov olmaqla simpoziumun birinci bölməsi başladı. Birinci bölmə Səudiyyə Ərəbistan və Pakistandan təşriv almış və yerli iqtisadçıların müzakirələri ilə davam etdi. Hissədə əsasən universitetlər arasında e-ipək yolu layihəsi vasitəsi ilə koordinasiyanın təşkil edilməsi, qlobal kapital bazarlarının inkişafında islam maliyyə alətlərinin yeri və rolu ən nahət isə Azərbaycanda islam maliyyə sisteminin tətbiqinin mümkünlüyü barəsində müzakirələr oldu. Fasilədən sonra isə simpoziumun ikinci hissəsi başldı. İrandan olan Faranak Bavardeh və Türkiyə Universitetinin mühazirəçisi Fatih Orumun çıxışlarından sonra simpoziumun təşkilatçılarından biri İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev dövlət, özəl sektor və ictimai təsisatların məsuliyyətliliyi əsasında Azərbaycanda maliyyə sisteminin formalaşdırılmasından bəhs etdi. Əlavə olaraq İbn Xaldunun iqtisadi-sosial inkişaf perspektivlərinə baxış və islam hüququnda bankçılıq əməliyyatlarının əsasını təşkil edən əqdlərə də toxunuldu. Simpoziumun üçüncü hissəsi isə islamda iqtisadiyyat və biznes fəaliyyətinin təşviqi, Türkiyə və Keçmiş Sovet İttifaqı ölkələrində islam bankçılıq modelinin tətbiqi problemlərinə toxunuldu. Müzakirələr Pakistandan olan Hafiz Ghufran Ali Khanın çıxışı ilə başlayıb, Türkiyəli bank işçisi Fatih Bulaçın fikirləri ilə davam etdi. Hissəyə isə İqtisad Universitetinin Bank işi kafedrasının müəllimi, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun nitqi ilə son qoyuldu. Sonda isə beynəlxalq simpozimun bağlanış nitqləri səsləndi.

26.09.2012 tarixdə isə simpoziuma qoşulan xarici qonaqlar üçün Bakı şəhərində turun keçirilməsi nəzərdə tutulub.

Sizin Reklam Yeriniz