Əlaqə Arxiv
news Image
2012.09.27
11:53
| A A A
Pul ehtiyatlarımızın tərkibində almaz da olacaq?!
Va­hid Əh­mə­dov: "Al­maz ge­niş im­kan­la­ra ma­lik ol­ma­dı­ğın­dan gə­lir­lə­rin bir his­sə­si­nə qı­zıl­la bə­ra­bər hə­min me­ta­lın alın­ma­sı doğ­ru de­yil" Vü­qar Bay­ra­mov: "Al­maz qı­zıl­la mü­qa­yi­sə­də da­ha sı­ğor­ta­lan­mış bir yı­ğım va­si­tə­si ol­du­ğun­dan eh­ti­yat­la­rın bir his­sə­si­ni al­maz­la sax­la­maq müm­kün­dür"

Xa­ri­ci bank­lar­da cəm­lə­şən Azər­bay­can Neft Fon­du­nun eh­ti­yat­la­rı əsa­sən ABŞ dol­la­rı, av­ro və in­gi­lis funt ster­lin­qi­nə ya­tı­rı­lıb. La­kin son il­lər bil­di­yi­miz ki­mi, həm dol­lar, həm də av­ro­nun mə­zən­nə­si aşa­ğı düş­mə­yə baş­la­yıb. Bu pul va­hid­lə­ri böh­ran­la əla­qə­dərola­raq di­gər val­yu­ta­lar­la mü­qa­yi­sə­də özmöv­qe­lə­ri­ni bir qə­dəriti­rib­lər. Be­lə və­ziy­yət­də isə Neft Fon­du gə­lir­lə­ri­nin ta­ma­mi­lə hə­min val­yu­ta­lar­da sax­la­nıl­ma­sı heç də doğ­ru ad­dım de­yil­di. Çün­ki bu hal­da sö­zü­ge­dən gə­lir­lə­rin həc­mi­nin azal­ma­sı baş ve­rə­cək­di ki, bu da öl­kə­mi­zin ma­raq­la­rı­na ca­vab ver­mir. Bu­nu nə­zə­rə alan Azər­bay­can hö­ku­mə­ti Neft Fon­du gə­lir­lə­ri­nin bir his­sə­si­ni qı­zı­lı çe­vir­mək kur­su gö­tür­dü. Bil­di­yi­miz ki­mi, qı­zılelə bir qiy­mət­li me­tal­dır ki, onun qiy­mə­ti da­im yük­sə­lir. La­kin son za­man­lar qı­zı­lında qiy­mə­tin­də mü­əy­yən ucuz­laş­ma­la­rın baş ver­di­yi hiss olu­nur. Ona gö­rə də bə­zi eks­pert­lər dü­şü­nürki, Azər­bay­can Neft Fon­du gə­lir­lə­ri­nin bir his­sə­si­nin he­sa­bı­na qı­zılal­maq­la ya­na­şı, di­gər qiy­mət­li me­tal olan al­maz da al­ma­lı­dır. On­la­ra gö­rə al­maz qı­zıl­lı mü­qa­yi­sə­də ris­qə da­vam­lı­lı­ğı ba­xı­mın­dan da­ha mü­tə­na­sib­dir. Qı­zıliə bir çox hal­lar­da risq­lər­lə üz­lə­şir. Gö­rə­sən, Neft Fon­du və­sa­it­lə­ri­nin bir his­sə­si­nə qı­zıl­la bə­ra­bər al­ma­zın alın­ma­sı­na eks­pert­lə­rin mü­na­si­bə­ti ne­cə­dir? Ön­cə­dənonu vur­ğu­la­yım ki bu mə­sə­lə­də söh­bət­ləş­di­yi­miz mü­tə­xəs­sis­lə­rin fi­kir­lə­ri ha­ça­la­nır.   

Mil­lətvə­ki­li Va­hid Əh­mə­dov Neft Fon­du­nun və­sa­it­lə­ri qı­zıl­la bə­ra­bər al­ma­za ya­tır­ma­sı­na eh­ti­yac gör­mür: "Be­lə he­sab edi­rəm ki, Neft Fon­du eh­ti­yat­la­rı­nınbir his­sə­si­nin qı­zı­la çev­ril­mə­si doğ­ru va­ri­ant­dır. H­əmin eh­ti­yat­la­rın mü­əy­yən his­sə­si­ni qı­zıl­da sax­la­maq va­cib­dir. Çün­ki qı­zı­lınis­tə­ni­lən vaxt dün­ya ba­za­rın­da sa­tıl­maq im­kan­la­rı var­dır. Ona gö­rə də bü­tündün­ya döv­lət­lə­ri özeh­ti­yat­la­rı­nı əsa­sən qı­zıl­da sax­la­yır. Am­ma al­maz be­lə ge­niş im­kan­la­ra ma­lik de­yil. Ona gö­rə də he­sab edi­rəm ki, Neft Fon­du və­sa­it­lə­ri­nin bir his­sə­si­ni yal­nız qı­zı­la çe­vir­mək­lə ki­fa­yət­lən­mə­li­yik. Bu­ra­da qı­zıl­la ba­rə­bəral­ma­zın alın­ma­sı­na eh­ti­yac yox­dur. Qı­zılon­dan öt­rü yı­ğı­lır ki, döv­lət han­sı­sa bir çə­tin du­ru­ma dü­şən­də hə­min qiy­mət­li me­ta­lı bir­ja­ya çı­xar­maq­la əldə olu­nan və­sa­it­dən öl­kə­nin ma­raq­la­rı na­mi­nə is­ti­fa­də edə bil­sin. Qı­zılheç də ona gö­rə yı­ğıl­mır ki, ölü ka­pi­tal ola­raq qal­sın. Al­ma­zın sa­tıl­ma­sın­da isə dün­ya ba­za­rın­da hə­mi­şə prob­lem­lər olub. H­əmin prob­lem­lər bu gündə var". 

İq­ti­sa­di və So­si­al İn­ki­şaf Mər­kə­zi­nin rəh­bə­ri Vü­qar Bay­ra­mov isə ək­si­nə dü­şü­nür ki, eh­ti­yat­la­rın bir his­sə­si al­maz­da sax­la­nıl­ma­lı­dır: "Döv­lət Neft Fon­du­nun gə­lir­lə­rin bir his­sə­si­ni qı­zı­la çe­vir­mək qə­ra­rı əs­lin­də yu­ban­mış qə­rar­dır. Bu ad­dım dün­ya­da qlo­bal ma­liy­yə böh­ra­nı baş­la­nan za­man atıl­ma­lı idi. H­əmin vaxt fon­dun və­sa­it­lə­ri­nin bir his­sə­si­nin qı­zıl­la sax­la­nıl­ma­sı tək­li­fi­lə çı­xış et­sək də, o za­man tək­li­fi­miz dəs­tək­lən­mə­di. Yal­nız üzə­rin­dən ne­çə il keç­dik­dən son­ra qı­zı­lınqiy­mə­ti­nin yük­səl­mə­si­lə Neft Fon­du bu is­ti­qa­mət­də qə­rar qə­bul et­di. Bu ba­xım­dan Fon­dun hə­min qə­ra­rı yu­ban­mış bir təd­bir idi. Qu­rum hə­min ad­dı­mı la­zım olan an­da re­al­laş­dır­ma­dı­ğın­dan bu is­ti­qa­mət­də bir qə­dəruduz­du. Bil­di­yi­miz ki­mi, 2012-ci il­dən baş­la­ya­raq bə­zi öl­kə­lərdün­ya ba­za­rı­na qı­zıl­la­rı­nı çı­xar­ma­ğabaş­la­yıb. Yal­nız bu ha­la Döv­lət Neft Fon­du qı­zı­lınalın­ma­sı ilə bağ­lı qə­rar ver­di. Ar­tıqal­ma­zın qiy­mə­tin­də ar­tım­lar mü­şa­hi­də olu­nur. Ru­si­ya al­maz is­teh­sa­lı­nı ar­tı­rıb. Bu ba­xım­dan eh­ti­yat­la­rın bir his­sə­si­ni al­maz­la sax­la­maq müm­kün­dür. Əs­lin­də al­maz qı­zıl­la mü­qa­yi­sə­də da­ha sı­ğor­ta­lan­mış bir yı­ğım va­si­tə­si­dir. Qı­zı­lın qiy­mə­ti dün­ya iq­ti­sa­di sis­te­min­də­ki və val­yu­ta ba­za­rın­da­kı və­ziy­yət­dən ası­lı olur. Al­maz­la bağ­lı isə be­lə riqs­lər yox­dur. Al­maz nis­bə­tənaz ta­pı­lan­dır, ona gö­rə də onun qiy­mə­tin­də kəs­kin azal­ma­la­rın ol­ma­sı proq­noz­laş­dı­rı­la bil­məz. Al­ma­za tə­lə­ba­tın art­ma­sı­na uy­ğun ola­raq Ru­si­ya­nın bu məh­su­lun is­teh­sa­lı­nı ar­tır­dı­ğı­nı nə­zə­rə ala­raq, Döv­lət Neft Fon­du öz sə­bə­tin­də və­sa­it­lə­rin sax­la­nıl­ma­sı­nı fərq­li şə­kil­də hə­ya­ta ke­çir­mə­li­dir. Gə­lir­lə­rin bir his­sə­si­ni al­maz­la sax­la­maq­la Neft Fon­du və­sa­it­lə­rə mü­na­si­bət­də riqs­lər­dən sı­ğor­ta­lan­ma­ğada mü­əy­yən qə­dərim­kan ya­ra­da­caq".

Sizin Reklam Yeriniz