Əlaqə Arxiv
news Image
2012.09.27
19:02
| A A A
Afina tətil alovuna bürünüb

Movqe.Az xəbər verir ki, Yunanıstanda hökumətin ictimai xərclərin azaldılması ilə bağlı insanların keçirdiyi nümayişlər artıq zorakılıqla müşaiyyət olunur.

Afinanın mərkəzindəki etirazlarda özlərini anarxist adlandıran qruplarla polis arasında qarşıdurma olub.

Sintagma meydanına gələrək parlament və hökumət binalarını qoruyan polislərə daş, şüşə və plastik qablar atan qruplara polis qaz şırnaqları ilə cavab verib.

Avropa Komissiyası, Avropa Mərkəz Bankı və BVF nümayəndələrindən ibarət olan üçlüyün istəyiylə hökumət, 2013-2014-cü illər üçün ictimai xərclələrdə 11,5 milyard avro azalma olacaq.

Müxalifətsə bu azaltmaları bir soyqırıma bənzədir: "Əgər Samarasın koalisiya hökuməti yunan xalqının haqqlarını qoruya bilməyəcəksə və yunan soyqırımına gətirib çıxaracaq o barbar qərarı qəbul etsə bu vəziyyətdə xalq səsini eşitdirəcək."

Yunanıstanda işçilərin hüquqlarını qoruyan bəzi ictimai qurumların çağırışı ilə çərşənbə günü xüsusi və ümumi sektorda çalışanlar 24 saatlıq ümumi tətil edib.

Sizin Reklam Yeriniz