Əlaqə Arxiv
news Image
2012.09.28
14:28
| A A A
“Western Digital” 4 TB tutumlu sərt disk istehsal edib

Movqe.Az xəbər verir ki, "Western Digital" şirkəti 3,5 düymlü və 4 TB tutumlu sərt disk istehsal edib. Yeni daşıyıcı "SATA" və ya "SAS" interfeysləri üçün nəzərdə tutulmuş versiyalarda əlçatandır. İstehsalçı bildirib ki, yeni daşıyıcı saxlama serverləri, korporativ işçi stansiyalar və digər sahələr üçün optimallaşdırılıb.

"cybersecurity.ru" saytı bildirir ki, sərt diskin "SAS" versiyası 6 qiqabitlik interfeysi dəstəkləyir, "SATA" versiyası isə 7200 dövr/dəq fırlanma sürətinə malikdir və 64 meqabaytadək keş-yaddaşa malik ola bilər. Şirkətdən verilən məlumata əsasən, yeni "WD VelociRaptor RE" daşıyıcıları yalnız kompüter və ya serverlərdə deyil, həm də digər qurğularda, məsələn, videorekorderlərdə işləyə bilər.Diskin "SATA" versiyası 460 dollara, "SAS" versiyası isə 480 dollara satılır. Disklərə 5 illik zəmanət verilir.

Sizin Reklam Yeriniz