Avropa Birliyində işsizlərin sayı 25.5 milyona çatıb
Movqe.Az bildirir ki, AB-nin statistik
təşkilatı olan "Eurostat"ın məlumatlarına görə, sentyabr ayında
işsizlərin sayı Avropa bölgəsində 34 min artımla 18 milyon 196 minə
və Birlik daxilində 49 min artımla 25 milyon 466 minə çatıb. Son 12
ay hesablamalarına görə isə, işsizlərin artımı Avropada 2 milyon
144 min və AB-də 2 milyon 170 min idi. Avqust ayı etibarilə
işsizlərin sayı Avropada 11,4 faiz və AB-də 10,5 faiz ilə
hesablanarkən, bu işsizlik sayı sentyabr ayı üçün dəyişməyib.
AB-nin böhranla mübarizədə üzvlərini kəmər sıxma tədbirlərinə
məcbur etməsi iqtisadi daralma və işsiz sayının artımına səbəb
olur. İxracat gücüylə böhrandan qonşularına nisbətən daha az
təsirlənən Almaniya, Avropa Mərkəzi Bankının pul qoyaraq çətin dövr
yaşayan ölkələrə kömək etməsi çağırışlarına məhəl qoymur.