news Image
2012.10.02
17:05
| A A A
Spirtli içkilərin qadağası gündəmə gəlir
Musa Quliyev: «İçkinin həm qiyməti, həm də içkilərə tətbiq edilən vergilər artırılmalıdır»

Spirtli içkilər insan orqanizminə həddindən artıq ziyandır. Hazırda dünyada ölümə səbəb olan amillər sırasında spirtli içkilər əsas yerlərdən birini tutur. Səfil həyat tərzi sürən insanların statistikasına nəzər saldıqda görərik ki, onlardan əksəriyyət uzun illər şəraba aludə olan insanlardır. Spirtli içkilərin insan beyninə, əsəb sisteminə, mədəyə, qaraciyərə, qan dövranına, tənəffüs orqanlarına göstərdiyi mənfi təsir hərkəsə məlumdur. Spirtli içkilər dilin dadbilmə üzvünü təsirdən salır, ağız şirəsini azaldır və normal haldan çıxarır. Bu içkilər qaraciyəri zəiflədir, müxtəlif şişlər əmələ gətirir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmaya görə içkiyə aludəçilik cinayətlərin 85 % - nə, yol qəzasının 61 % -nə, namusa təcavüzün 80 % - nə,zor tətbiqinin 50 % -nə, yanğınların 16 % -nə səbəb olur.

Psixoloq Dəyanət Rzayev mövzuyla bağlı fikirlərini bizimlə bölüşdü: "İnsan beynində biokimyəvi proseslər gedir və pataloji sərxoşluq halı baş verir. Normal insan içir və öz hissini, emosiyalarını müəyyən dərəcədə saxlaya bilir. Psixi gərginliyi olan insanlar isə içəndə, onlarda pataloji sərxoşluq vəziyyəti gəlir çıxır və təbii ki, onlar cinayət törədə bilər. Maraqlı məqamlardan biri odur ki, indi içki içənlərin sayı artıb, yoxsa cinayətlər artıb? Azərbaycanda Rusiyaya, digər ölkələrə baxanda içki içənlərin sayı heç də çox olmayıb, çünki biz həm din, həm də cəmiyyət içən insanları qınayırıq. Bizdə psixi gərginliyi olan insanların sayı artıb, içən insanların sayı artmayıb. Məhz buna görə də cinayətlərin sayı çoxdur. Sovet vaxtı bununla bağlı tədbirlər görülürdü. Sahə müvəkkili hər bir ailəyə baş çəkirdi,hər bir ailədəki vəziyyətlə tanış olurdu,nəzarət edirdi. Amma bu gün onlarda belə bir səlahiyyət yoxdur".

Dünyanın bir sıra ölkələrində spirtli içkilərin qəbulu ilə bağlı müəyyən qadağalar tətbiq edilir.Qardaş Türkiyədə spirtli içkilərin satışı və istifadəsinə sərt məhdudiyyətlər qoyulub. Qırğızıstanın cənubunda, xüsusilə Oş əyalətində spirtli içkilərin satışı qadağan edilib.

Bəs Azərbaycanda necə belə qadağalar tətbiq edilə bilər?

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev mövzu ilə bağlı bildirir: "Gündüz saatlarında içkilərin reklamı televiziyada, radioda, kütləvi informasiya vasitələrində qadağandır. Yalnız gecə 23:00 – dan sonra, səhər saat 7 yə qədər o reklamları yayımlamaq olar. Amma burda söhbət təkcə reklamdan getmir. Mən düşünürəm ki, içkinin həm qiyməti, həm də içkilərə tətbiq edilən vergilər artırılmalıdır. Yeniyetmələrə, uşaqlara içki satılmasına qadağa qoyulmalıdır və buna ciddi nəzarət aparılmalıdır. Bundan başqa yaşı çatmıyan uşaqların gecə barlarında, gecə klublarında olmasına da məhdudiyyət qoyulmalıdır. Daimi maarifləndirmə işi aparılmalıdır. Biz sivil bir ölkəyik. Heç kimə qanunla qadağa tətbiq edə bilmərik ki, içki içmə. Lakin müəyyən baryerlər qoyulmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs