Əlaqə Arxiv
news Image
2012.10.03
18:05
| A A A
Putin: "İqtisadi inkişaf modeli dəyişdirilməlidir"

Movqe.az xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskvada keçirilən "Rossiya Zovyot" Forumunda Rusiyanın böhrandan çıxması üçün iqtisadi inkişaf modelinin ciddi bir şəkildə dəyişdirilməsi və inkişaf üçün yeni hədəflərin araşdırılması lazım olduğunu ifadə edib.Putinin ifadələrinə görə bu sahədə inkişaf üçün artıq yüngül faktorlara və sıravi həllərə yer qalmayıb.Putin bunun vurğulayıb: "İqtisadiyyatdakı struktura dəyişikliklər etmək, yeni sektorların yaradılması üçün şərtləri uyğun hala gətirmək və müasir inkişaf qaynaqları tapmaq lazımdır". Putin, Rusiya iqtisadiyyatında müxtəliflik prosesinin və texnoloji inkişafların sürətləndirilməsi lazım olduğunu ifadə edib. Prezident Putin, "İstehsal vahidləri üçün istifadə edilən qaynaqlar demək olar ki, tükənib. İnvestisiyalar və yeni fabriklər sayəsində inkişaf yenidən təmin edilə bilər" söyləyib.

Sizin Reklam Yeriniz