Əlaqə Arxiv
news Image
2015.10.01
14:30
| A A A
Bakıda 8-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri sərgisi keçiriləcək

21-24 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 8-ci Xəzər Beynəlxalq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" ("CIPS Caspian" 2015) sərgisi keçiriləcək.


"CIPS Caspian 2015" sərgisində ABŞ, Belarus, BƏƏ, Böyük Britaniya, Çin, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin məhsulları təqdim olunacaq. Bu il debüt edən şirkətlər arasında "Azinteco", "Digital Solutions", "Protect.az", "Gozcu Guvenlik", "Southwest MW", "Teko Torgoviy Dom" ASC, "Poliservis" və digər şirkətlər yer alır. Sərginin daimi iştirakçıları arasında "A Yangin Guvenlik Sistemleri", "Azfire Safety" və s. şirkətlər var.


"CIPS Caspian" sərgisində təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə sistemləri, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi üzrə vasitələr, "smart-kartlar", ID-texnologiyalar, turniketlər və bir sıra digər məhsullar nümayiş olunur.


"Yanğın təhlükəsizliyi sistemləri" sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman datçikləri, yanğın-texniki kameralar, xüsusi təyinatlı yanğın əleyhinə avadanlıqlar, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və s. məhsullar təklif olunur.


"CIPS Caspian 2015" sərgisi çərçivəsində "IP həll variantları və

video-domofonlar" mövzusuna həsr olunmuş seminar təşkil ediləcək. "IP domofon" həyatın bütün sahələrində tətbiq edil bilən innovativ, texnoloji imkandır. Seminarda domofonlardan istifadənin üstünlükləri, funksionallığı və səmərəliliyi nəzərdən keçiriləcək.

Sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group" (Böyük Britaniya) şirkətləri çıxış edirdilər. "CIPS Caspian 2015" sərgisi barədə daha ətraflı məlumatı sərginin rəsmi veb-saytından (http://www.cips.az) əldə edə bilərsiniz.

Sizin Reklam Yeriniz