Əlaqə Arxiv
news Image
2015.10.01
16:30
| A A A
Azərbaycana maşın gətirilməsi kəskin azalıb

2015-ci ilin avqustundan Azərbaycana 1 680 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu, iyul göstəricisindən 8,5% azdır. Bu barədə Gömrük Komitəsi məlumat yayıb. Bu, ölkədə işgüzar aktivliyin azalması fonunda baş verir. İlin əvvəlindən müxtəlif təyinatlı 21 147 avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 22 149 ədəd azdır. Göstərilən dövrdə xaricdən 18 820 ədəd minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövründəkindən (39 198 ədəd) iki dəfə azdır. İlin əvvəlindən 686 avtobus gətirilib. Bu, 2014-cü ilin 7 ayındakından 3 dəfə azdır. Bunların yarısı dövlət büdcəsinin vəsaitləri ilə alınıb və I Avropa Oyunları zamanı idmançı və azarkeşlərə xidmət edib. "BakuBus" MMC bildirir ki, bu avtobusların bir hissəsi 3 marşurtda işləyir, qalanı noyabrın I yarısında istismara veriləcək.


Sizin Reklam Yeriniz