Əlaqə Arxiv
news Image
2015.10.02
15:15
| A A A
Aydın Əliyev: "Azərbaycanla Türkiyə bəzi məhsulları gömrük rüsumundan azad edə bilər"
"Aidiyyatı orqanlar da məsələ ilə bağlı rəyini verdikdən sonra həmin məhsulların adları açıqlanacaq"

"Bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində azalma müşahidə edilib. Bu da əsasən neft məhsullarının, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır".

 

Movqe.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşündən sonra bildirib.

 

"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Buna görə, ümid edirik ki, gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artacaq", - deyə DGK sədri qeyd edib.

 

A. Əliyev bildirib ki, türkiyəli nazirlə görüşdə idxal-ixrac əməliyyatları zamanı bəzi məhsulların rüsumdan azad edilməsi ilə bağlı təkliflər irəli sürülüb: "Hazırda bu sənədlər baxılmaq üzrədir. Aidiyyatı orqanlar da məsələ ilə bağlı rəyini verdikdən sonra həmin məhsulların adları açıqlanacaq".

Sizin Reklam Yeriniz