Əlaqə Arxiv
news Image
2015.10.02
17:10
| A A A
Samir Şərifov: "Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərliyi ciddi səhvlərə yol verib"
"Azərbaycan Beynəlxalq Bankı ətrafında baş verənlər ölkə iqtisadiyyatına mənfi təsir edir".

Movqe.az-ın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

 

Millət vəkili müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifova sual ünvanlayıb: "Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib? Halbuki, sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib".

 

Millət vəkilinin sualına cavab olaraq S. Şərifov deyib ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib: "Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün Fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur".

Sizin Reklam Yeriniz