Əlaqə Arxiv
news Image
2015.10.06
13:16
| A A A
Rabitə nazirindən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr

Rabitə və texnologiya naziri Əli Abbasov IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalayıb.


Nazirlikdən verilən məlumata görə, əmrə əsasən, "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadionlar, arenalar, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin ediləcək.


Bu məqsədlə nazirlikdə qərargah yaradılacağı bildirilir. Qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə aşağıdakı tərkibdə əlaqələndirici işçi qrupu yaradılacaq.


Məlumatda bildirilir ki, işçi qrupuna texniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb ediləcək.

Sizin Reklam Yeriniz