Əlaqə Arxiv
news Image
2015.10.07
17:30
| A A A
BVF Azərbaycanın iqtisadi artım proqnozunu yüksəltdi
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib.

Movqe.az-ın məlumatına görə, təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.


BVF "Dünya İqtisadi Proqnozları" adlı hesabatının oktyabr sayını dərc edib. Hesabatda qeyd olunur ki, Fond Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% idi.


Fond gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi.


BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.


Valyuta Fondu ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5.3 milyard dollar idi), 2016-cı ildə isə 2.7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır.


BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0.2 bənd aşağı salaraq 3.1%-ə, 2016-cı il üzrə artım gözləntisini isə 0.2 bənd salaraq faiz 3.6%-ə endirib.


Fond Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də saxlayıb.


BVF avro zonası üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini isə 0.1 bənd salaraq 1.6%-ə endirib.


Hesabatda dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi artım proqnozları 2015-ci il üçün 3.3%-dən 3.1%-ə, 2016-cı il üçün isə 3.8%-də faiz 3.6%-ə endirilib.


Sizin Reklam Yeriniz