Əlaqə Arxiv
news Image
2015.10.08
10:00
| A A A
Valyuta kurslarındakı dəyişikliklərdən Azərbaycan daha az zərər görəcək
Pul rezervlərinin müxtəlif valyutalarda saxlanması risqlərin idarə olunması baxımından ölkəmizə böyük üstünlüklər qazandırır

Dünya maliyyə bazarlarında cərəyan edən son proseslər dollar və avroya rəqib ola biləcək valyutaların sayının artdığını göstərir. Bu xüsusda Çin yuanı getdikcə daha çox diqqət cəlbetməyə başalyır. Belə ki, yuanla həyaat keçrilən maliyyə əməliyyatlarının sayı sürətlə artmaqdadır.

Onu da bildirək ki, yuanla bağlı baş verənlər Azərbaycanın da maraq dairəsindədir. Çünki, Azərbaycan Çin puluna xeyli həcmdə investisiya yatırıb. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyasının təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çin Mərkəzi Bankından 3 milyard yuan həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanmasına dair müqavilə imzalanıb. 2015-ci il iyulun 1-dən isə Çin yuanında ilk investisiyalara başlanıb. Düzdür, son aylarda Çin ixrac qabiliyyətini qorumaq üçün yuanın devalvasiyasına getdi. Amma bu hal yuana dünya birjalarında olan marağı azaltmayıb.

Britaniyanın "Financial Times" qəzeti isə yazır ki, Çin yuanı artıq Yaponiya yenini beynəlxalq ödənişlərdə üstələyib. Bu ilin avqust ayında həyata keçirilən beynəlxalq ödənişlərdə yuanın xüsusi çəkisi 2,79% olub. SWIFT beynəlxalq ödəniş sisteminin göstəricilərinə əsasən, iyulda bu göstərici 2,34% olsa da, avqustda baş verən artımla beynəlxalq ödənişlərdə yuandan istifadə Yaponiya yenindən çox olub. Bununla da yuan ödənişlərin həcminə görə avqustda dollar, avro və funt sterlinqdən sonra 4-cü sıraya yüksəlib. Bu isə Çində baş verən devalvasiya və iqtisadi səngimə xəbərlərinə baxmayaraq, yuanın əhəmiyyətinin artdığını göstərir.

Qeyd edək ki, 2012-ci ildə beynəlxalq ödənişlərdə yuanın xüsusi çəkisi 0,84% olub. O zamandan etibarən yuan ödənişlərin həcmində rəqabətdə olduğu Honq-Konq və Kanada dolları, eləcə də İsveçrə frankını geridə qoyub. SWIFT-dən verilən məlumata görə, Çin və Honq-Konqla həyata keçirilən ödənişlərdə bankların 36%-i yuandan istifadə edir. Çin Mərkəzi Bankından verilən açıqlamaya əsasən, 2015-ci ilin ilk yarısında yuanla beynəlxalq ödənişlərin həcmi 5,7 trilyon yuan və ya 900 milyard dollar təşkil edib ki, bu da Çinin ümumi ticarət dövriyyəsinin 25%-dən çoxdur. Bunu nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu yaxın zamanlarda Çin yuanını əsas beynəlxalq valyutalar səbətinə daxil etmək niyyətindədir. qeyd edilənlər isə öz növbəsində Azərbaycan tərəfinin yuana sərmayə yatırmasının düzgün addım olduğunu bir daha təsdiqləyir. Hesablamalara görə, yuanın 2020-ci ilə qədər ABŞ dolları və avronun ardından üçüncü böyük pul vahidinə çevriləcəyi gözlənir. Bu arada, Avropa Mərkəzi Bankının proqnozlarına görə, yaxın illərdə Çin yuanına tələbat kəskin artacaq. Azərbaycan da bu fonda neft pullarının bir qismini Çinə yönəldir. Ekspertlər qeyd edir ki, Dövlət Neft Fondunun rezervlərinin müxtəlif valyutalarda saxlanması risqlərin idarə olunması baxımından müsbət sayılmalıdır. Bu fonda rezervlərin ayrı-ayrı valyutalarda saxlanması mümkündür. Çünki bir valyutanın dəyəri aşağı düşəndə avtomatik olaraq digər dönərli valyutanın dəyərində artımlar olur.belə vəziyyət isə maliyyə bazarlarında valyutaların kursunun dəyişməsindən Azərbaycanın daha az zərər görməsini təmin edir.

Digər tərəfdən ölkəmizin Asiya bazarlarında investisya portfelini artırması da müsbət qarşılanır. Xatırladlaqk i, ARDNF Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi " ofis kompleksini satın alıb. Ötən il həyata keçirilən bu əməliyyat Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində bu tipli ilk investisiya olub. Xatırladaq ki, Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu günlərdə isə ARDNF "Mitsubishi UFJ Trust and Banking Corporation" ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 milyard yapon yeni vəya 418 milyon dollar təşkil edən " Kirarito Ginza" ticarət obyektini satın alıb. Bu ARDNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Perspetivdə isə bu qəbildən olan sərmayələrin həcminin artması gözlənilir.

Sizin Reklam Yeriniz