Əlaqə Arxiv
news Image
2015.10.09
12:16
| A A A
Mərkəzi Bank: Qlobal çağırışlar Azərbaycan iqtisadiyyatı üçün də keçərlidir
Baş direktor: "Yeni çağırışlara cavab verməsi üçün bank sektorunun da üzərinə yeni vəzifələr düşür"

"Qlobal iqtisadiyyatda baş verən hadisələr, struktur transformasiyaları dünya iqtisadiyyatı, xüsusilə də maliyyə sektorlarının qarşısında yeni çağırışlar müəyyən edir".

Movqe.az-ın "APA-Economics"-ə istinadən məlumatına görə, bunu Bakıda keçirilən "Məsuliyyətli Mikromaliyyəyə aparan yol" adlı İnvestorlar yarmarkasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov deyib.

R. Orucovun sözlərinə görə, bu səbəbdən maliyyə, xüsusilə bank sektorunun qarşısında yeni hədəflər dayanmalıdır: "Şübhəsiz ki, bu qlobal çağırışlar Azərbaycan iqtisadiyyatı üçün də keçərlidir. Azərbaycan iqtisadiyyatında yeni çağırışlara cavab verməsi üçün bank sektorunun da üzərinə yeni vəzifələr düşür. Belə ki, iqtisadi artımın maliyyələşdirilməsi daha əhəmiyyətli rol oynamalıdır. Mikromaliyyə təşkilatlarının üzərinə də yeni vəzifələr düşür. Dünya ölkələrində ÜDM-in əhəmiyyətli hissəsi kiçik və orta sahibkarlığın payına düşür. Bəzən bu pay 50%-dən yüksək olur. Bu baxımdan kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi onların fəaliyyətinin uğurlu olmasının əsas şərtlərindən biridir".

Baş direktor əlavə edib ki, Azərbaycanda mikromaliyyə sisteminin inkişafı üçün perspektiv və imkanlar var. O, bildirib ki, mikromaliyyə təşkilatlarının daxili institutlarının, resurslarının inkişafına ehtiyac var.


Sizin Reklam Yeriniz