Əlaqə Arxiv
news Image
2015.10.11
12:00
| A A A
İngiltərə və İsveçrə Avro-2016-nın final mərhələsində

Futbol üzrə İngiltərə yığması Avro-2016 çempionatının seçmə mərhələsində ardıcıl olaraq 9-cu qələbəsini qazanıb.

Movqe.az Interfax informasiya agentliyinə istinadla məlumat verir ki, oktyabrın 9-da "Wembley" stadionunda keçirilən oyunda İngiltərə komandası Estoniyanı 2:0 hesabi ilə məğlub edib. E qrupunun digər oyunlarında Sloveniya Lyublyanada Litva ilə heç-heçə edib, İsveçrə isə öz meydanında San-Marino üzərində 7:0 hesablı qələbə qazanıb.

Doqquz turdan sonra qrupda 27 xal toplayan İngiltərə və 18 xal toplayan İsveçrə Avro-2016 çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oktyabrın 12-də keçiriləcək son turda Litva İngiltərə, Estoniya İsveçrə, San-Marino isə Sloveniya ilə qarşılaşacaq. 

Sizin Reklam Yeriniz