Əlaqə Arxiv
news Image
2015.10.11
18:00
| A A A
Azərbaycanda iqtisadiyyatın yeni yaranan sahələri üzrə güzəştlərə ehtiyac var

Azərbaycanda iqtisadiyyatın yeni yaranan sahələri üzrə vergi və gömrük güzəştlərinin qalmasına ehtiyac var. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.


Ə.Muradov qeyd edib ki, vergi və gömrük güzəştlərinin gələn ildən başlayaraq tədricən ləğv edilməsi düzgün verilmiş qərardır: "Bu, iqtisadiyyatın tənzimlənməsinə xidmət edir. Çünki güzəştlər kütləvi olduğu halda onlar öz stimullaşdırıcı təsirlərini itirmiş olurlar. İkincisi, verilmiş güzəştlərin real sektora təsiri baxımından bununla bağlı təhlil həyata keçirilməlidir. Düşünürəm ki, güzəştlər olmalıdır, amma onun bu qədər olması ilə bağlı müzakirələrin aparılmasına ehtiyac var".


Rektor bildirib ki, artıq Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün böyük investisiyalar yatırıb: "Azərbaycan 20 il bundan əvvəl bu və ya digər sahənin inkişafına güzəştlər verirdisə, artıq həmin sahələr inkişaf edib, o sahələrin güzəştlərə ehtiyacı yoxdur. Amma elə sahələr var ki, onlar Azərbaycanda yeni yaradılır, xammalı Azərbaycanda hazırlanmır, istehsal üçün tələb olunan ən müasir avadanlıqlar xaricdən gəlir. Şübhəsiz ki, burada güzəştlərin qalmasına ehtiyac var".


Sizin Reklam Yeriniz