Əlaqə Arxiv
news Image
2015.10.13
14:33
| A A A
Nazirlik: Vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı 1 600-dən çox cinayət işi başlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 1621 sayda cinayət işi başlanıb.


Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, onlardan 305-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 174-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələri, 1277-u vergi borcunun ödənilməməsi, 38-i operativ vergi nəzarəti tədbirlərinin (bunlardan 19 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 18 iş aksiz markası ilə markalanmamış məhsulların saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından  daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş material üzrə başlanıb.

 

Hesabat dövründə departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı  44 mln. 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

 

İstintaqı tamamlanmış cinayət işlərindən 143 şəxs barəsində 115 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

 

Departamentin İstintaq idarəsində 573 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 290 iş çox) ibtidai istintaq tamamlanıb, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 458 cinayət işindən 390-ı üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (72 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işinə xitam verilməsi barədə qərarlar qəbul edilib.

 

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 31 nəfər şəxs tutularaq departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.

Sizin Reklam Yeriniz