Əlaqə Arxiv
news Image
2015.10.13
14:46
| A A A
Nazir: "Dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib"
"Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb"

Dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik, Azərbaycanın partnyorları olan ölkələrdə milli valyutaların ucuzlaşması orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir.

 

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

 

Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslər xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır.

 

Nazir əlavə edib ki, dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb.

 

Ş. Mustafayev qeyd edib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8% olacağı, qarşıdakı 3 ildə isə 3,7%-lik artım proqnozlaşdırılır.

 

Onun sözlərinə görə, gələn il ölkədə inflyasiya 3,3% səviyyəsində gözlənilir.

 

Nazir vurğulayıb ki, makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb.

Sizin Reklam Yeriniz