Əlaqə Arxiv
news Image
2012.04.15
19:07
| A A A
Pos-terminallardan istifadə problemi...
Paytaxtda çoxsaylı belə avadanlıqlar quraşdırılsa da onlardan istifadə olduqca aşağı səviyyədədir Ölkəmizdə pos-terminalların quraşdırılması prosesi son bir neçə ayda daha geniş vüsət alıb bu istiqamətdə görülən işlərin miqyası mütəmadi olaraq genişlənməkdədir. İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsini nəzərə alan mütəxəssislər bunu müsbət hal olaraq dəyərləndirirlər. Lakin son araşdırmalar məsələnin daha bir maraqlı tərəfini üzə çıxarıb. Belə ki, pos-terminalların quraşdırılması əhəmiyyətli dərəcədə geniş vüsət alsa da, onlardan istifadə halları buna adekvat deyil.

Ekspertlər isə hesab edirlər ki, bu istiqamətdə əhali arasında maarifləndirmə işləri genişləndirilməklə yanaşı, əlavə stimullaşdırıcı tədbirlərdən istifadə edilməlidir. Əks-halda pos-terminalların quraşdırılması məqsədilə həyata keçirilən tədbirlər istənilən nəticəni verməyəcək. Hazırda Bakıda bir çox mağaza sahiblərinin bu sarıdan ciddi şikayətçi olması heç kimə sirr deyil. Onlar bildirirlər ki, mağazalarında pos-terminallar quraşdırılsa da, müştərilər nağd alış-verişə üstünlük verirlər. Xatırladaq ki, ölkə başçısının 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 17-ci maddəsinə dəyişiklik edilib orada xidmət ticarət obyektlərində pos-terminalların quraşdırılmasının vacibliyi vurğulanıb. "Ticarət, məişət digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının haqlarının ödənilməsi üçün müvafiq pos-terminallar quraşdırılmalıdır",- deyə maddəyə əlavədə bildirilir. Yeni düzəlişə görə, pos-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə pos-terminalların mərhələlərlə tətbiqi qaydası cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 17-ci maddəsinə əlavə edilmiş növbəti paraqrafda isə pos-terminalların quraşdırılmasının məcburi olduğu vurğulanır: "Pos-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

Qeyd edək ki, pos-terminallar pulsuz quraşdırılır bank aparatla edilən əməliyyatlardan götürdüyü gəlirlə ona xidmət pulunu çıxarır. Əgər ticarət nöqtəsində fəaliyyət aşağıdırsa, onda bank fəaliyyətsiz pos-terminallar üçün 15-20 manat səviyyəsində aylıq xidmət haqqı müəyyən edir. Əgər pos-terminallarda normal dövriyyə olarsa, bankların gəliri daha yüksək olmalıdır - hazırda Azərbaycan bankları kart ödənişləri üçün dövriyyədən 1,5-3%-ə qədər pul tutur ki, bu da 1000 manatlıq dövriyyə üçün 30 manata qədər pul edir. Yəni istənilən halda banklar məsələdən gəlirli çıxırlar buna görə pos-terminal quraşdırılması məsələsində bir növ yarışa çıxıblar - son günlərdə bu sahədə fəaliyyət aktivliyi 20 dəfəyə qədər artıb. Əslində, bu sayda pos-terminalların quraşdırılması ticarət dövriyyəsində nağdsız hesablaşmaların artması Azərbaycan dövlətçiliyi əhali üçün çox əlverişlidir. Çünki pos-terminalların quraşdırılmasının xüsusilə neftdən kənar bölmə üzrə vergi ödənişlərinin artmasına səbəb olacağı ehtimal edilir. Digər vacib məqam ondan ibarətdir ki, nağdsız ödənişlərin həcminin artırılması vergi tutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbədir. Nağdsız hesablaşmaların tətbiqi vergi ödəyiciləri tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin uçotunun düzgün aparılması, vergitutma bazasının, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsi, konyunkturadan asılı olan pul gəlirlərinin nəzarətdə saxlanması, daxili tələbatın əvvəlcədən proqnozlaşdırılması baxımından əhəmiyyətli məsələdir.

Beynəlxalq təcrübəyə nəzər yetirsək, əksər inkişaf etmiş ölkələrdə plastik kartlardan geniş istifadə olunduğunun şahidi olarıq. ABŞ-da Avropa ölkələrində alqı-satqı əməliyyatlarının, demək olar ki, 80-90%-i plastik kartlar vasitəsilə həyata keçirilir. Bu əməliyyatlar nəticəsində həmin ölkələrdə inflyasiyanın qarşısının alınmasında artıq pul kütləsinin rolu minimuma endirilib büdcə xərcləri xeyli azaldılıb. Eyni zamanda, bütün əməliyyatların banklar plastik kartlar vasitəsilə həyata keçirilməsi vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi üçün xərclənən vəsaitlərin azaldılmasına gətirib çıxarır. Çünki nağd hesablaşma aparılan sahələrdə vergidən yayınma hallarının, nağdsız hesablaşmalar aparılan sahələrə nisbətən daha çoxdur. Bunun səbəbi isə nağdsız hesablaşmalar zamanı bütün əməliyyatların banklarda ya digər qurumlarda fiksə edilməsi ilə bağlıdır.

Lakin əhalinin əksəriyyətində, xüsusilə pensiyaçılarda bank kartları olmasına baxmayaraq, əhali kartla alış- veriş etməyə maraq göstərmir. Digər kart sahiblərinin sayının bir neçə dəfə artmasına baxmayaraq, kartların mövcud infrastrukturunun imkanlarından lazımi səviyyədə istifadə olunmur. Bununla belə istisna olunmur ki, yaxın gələcəkdə ölkəmizdə kartlardan istifadəyə münasibət dəyişəcək nağdsız ödənişlərin sayı ildən-ilə artacaq. Nəticədə isə bir tərəfdən həm istehlakçılar, həm ticarət, xidmət, iaşə sektorunda çalışanlar üçün alış-veriş prosesi xeyli sadələşəcək, daha təhlükəsiz olacaq, digər tərəfdən isə vergidən yayınma hallarının sayı minimuma endiriləcək büdcə daxilolmalarının artması təmin ediləcək.

Bununla yanaşı, ekspertlər hesab edir ki, nağdsız hesablaşmalara keçid baş versə , bu sahədə problemin tam həll edildiyini hesab etmək olmaz. Belə ki, Avropada istifadə edilən plastik kartların şifrələri 5 ya 6 rəqəmlidir. Azərbaycanda isə plastik kartların şifrələri cəmi 4 rəqəmlidir. Bu standart Avropa Birliyi ABŞ-da 2004- ilə qədər tətbiq edilib. O baxımdan Azərbaycanda plastik kartların şifrələrinin ya bütün bankomatların proqramlarının Avropa standartlarına uyğunlaşdırılması vacibdir.

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz