Əlaqə Arxiv
news Image
2015.10.14
12:48
| A A A
Azərbaycan OPEK-in Vyanada keçiriləcək toplantısına dəvət olunub

Azərbaycan OPEK-in oktyabrın 21-də Vyanada keçiriləcək növbəti iclasına dəvət olunub.Movqe.az "Reuters" agentliyinə istinadən məlumat verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulohio del Pino bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclasına quruma üzv olmayan 8 ölkə dəvət olunub.

Toplantıda iştirak etmək dəvətini Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya alıb.

Venesuela OPEK-in bu iclasında yeni neft strategiyasını təqdim etməyi planlaşdırır.


Sizin Reklam Yeriniz