Əlaqə Arxiv
news Image
2015.10.14
13:41
| A A A
Norveç hökuməti neft fondu vəsaitlərini qaçqınların problemlərinin həlli üçün xərcləməyə məcbur olacaq

Norveç hökuməti qaçqınların problemlərinin öhdəsindən gəlmək üçün çox güman ki, büdcəyə neft fondundan əlavə vəsaitlər cəlb etməyə məcbur olacaq.


Bunu ölkənin Baş naziri Erna Sulberq jurnalistlərə açıqlamasında etiraf edib. O, hökumətin problemlərin həlli üçün neft fondundan pul xərcləmək niyyəti ilə bağlı deyib: "Düşünmürəm ki, təkcə 2016-cı ilin büdcəsində nəzərdə tutulan maddələri yenidən bölüşdürməklə qarşımızda duran vəzifələrin öhdəsindən gələ bilərik". Qeyd edək ki, neft fondu 2006-cı ildən Dövlət Pensiya Fondu adlandırılır.


Ölkə parlamentində çıxış edən Sulberq qeyd edib ki, qarşıdan gələn beş ildə qaçqınlara kömək üçün 40-50 milyard kron (5-6 milyard dollar) lazım olacaq.


İmmiqrasiya Məsələləri İdarəsinin təxmini hesablamasına görə, sığınacaq verilməsi barədə təkcə bu il Norveçə 23 min, 2016-cı ildə isə 33 min adam müraciət edəcək.


Norveç Dövlət Pensiya Fondu dünya bazarı aksiyalarının 1,3, Avropa bazarı aksiyalarının 2,5 faizinin sahibidir. Onun aktivlərinin məcmusu 6,92 trilyon kron (855 milyard dollar) təşkil edir.

Sizin Reklam Yeriniz