Əlaqə Arxiv
news Image
2015.10.14
16:52
| A A A
BP: Avropanın qaz idxalına tələbatı artacaq

Avropanın qaz idxalına tələbatı öz qaz hasilatının aşağı düşməsilə əlaqədar artacaq. Movqe.az-ın məlumatına görə, bunu BP-nin MDB ölkələri və Rusiya üzrə baş iqtisadçısı Vladimir Drebentsov Bakıda BP-nin 2015-ci il üçün energetika və 2035-ci ilədək proqnozlar üzrə statistik təhlilinin təqdimatında deyib.


Onun sözlərinə görə, Avropada ABŞ-da olduğu kimi şist qaz inqilabı baş verməyəcək: "Avropada şist qazının böyük hasilatı Böyük Britaniyada gözlənilir. Lakin bu, ümumi mənzərəyə təsir etməyəcək.


V.Drebentsov qeyd edib ki, Avropada qaz hasilatının azalmasının bir neçə səbəbi var: "Bunlardan ən əsası ABŞ və Avropada təbii resurslar üzrə mülkiyyətin xarakterinin tam fəqrli olmasıdır. ABŞ-da torpağın sahibi ərazisində olan resursun da mülkiyyətçisidir. Avropada isə təbii resurslar dövlət mülkiyyətindədir. Başqa sözlə, ABŞ-da torpaq sahibi təbii resursların istismarından gəlir əldə edə bilər, Avropada isə yox".


V.Drebentsov əlavə edib ki, Avropa ən çox təbii maye qaz idxal edəcək: "Boru kəmərləri ilə ənənəvi qaz idxalı da əhəmiyyətli olacaq. Belə qaza da tələbat olacaq".


Sizin Reklam Yeriniz