news Image
2012.04.15
18:13
| A A A
Gürcüstana gedən azərbaycanlılara xəbərdarlıq edildi
Nazirlik dövlət orqanlarının icazəsi olmadan nəzarət edilməyən ərazilərə səfər etməkdən çəkinməyə çağırıb Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana səfər edənlərə xəbərdarlıq edib. Nazirlik Azərbaycan Respublikasının vətəndaşlarını Gürcüstanın hökuməti tərəfindən nəzarət edilməyən ərazilərinə bu ölkənin müvafiq dövlət orqanlarının icazəsi olmadan səfər etməkdən çəkinməyə çağırır. Gürcüstan qanunvericiliyinə əsasən belə səfərlər qeyri-qanuni hesab edilir səfər etmiş şəxslər müvafiq olaraq cəzalandırılır.

"Bunları nəzərə alaraq, Gürcüstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məqamı nəzərə alsınlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs