Əlaqə Arxiv
news Image
2015.10.15
18:40
| A A A
Milli Məclisin son iclasın gündəliyini dəyişdi

Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının gündəliyi dəyişdirilib və gündəliyə əlavə layihələr salınıb. MM-dən verilən məlumata görə, oktyabrın 20-də keçiriləcək iclasın gündəlyindəki məsələlərin sayı 25-dən 33-ə qaldırılıb. Gündəliyə 2016-cı il üzrə büdcə zərfinin təsdiqi ilə yanaşı, bir neçə ölkə ilə Azərbaycan dövlətinin imzaladığı sazişlər, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmə və hakimlər haqqında", "İnformasiya əldə etmək haqqında", "KİV haqqında" və digər qanunlara dəyişikliklər salınıb.

 

Xatırladaq ki, son iclasın tarixində də dəyişiklik olunub, oktyabrın 23-də keçirilməsi nəzərdə tutulan iclas ayın 20-ə təyin edilib.

 

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

Sizin Reklam Yeriniz