Əlaqə Arxiv
news Image
2015.10.16
07:00
| A A A
Avro Azərbaycanda da dolların mövqeyini sarsıdır
Natiq Cəfərli: “Əhalinin müəyyən qədər dollardan imtina edib, yığımlarını avro ilə aparması gözləniləndir” Yaşar Əsədov: “Əhali tərəfindən dollar satışının artacaq”

Artıq bir neçə gündür ki, Azərbaycanda ABŞ dollarının məzənnəsi manata nisbətdə az da olsa, zəifləyir. Avro isə manata nisbətən güclənməkdədir. Ekspertlər hesab edirlər ki, məzənnənin bu gedişi əhali tərəfindən dollar satışını artıracaq.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda dolların məzənnəsində dəyişikliyinin bir əsas səbəbi var: "Manat avro-dollar münasibəti ilə tənzimlənir. Çünki, Mərəzi Bankın verdiyi qərarlardan biri də o olmuşdu ki, manatın məzənnəsi dollar-avro münasibətinə görə müəyyən edilsin. Son vaxtlar dünyada avro dollar qarşısında dəyər qazanır. Bunun müxtəlif səbəbləri var. Ən böyük səbəb odur ki, ABŞ-da Mərkzəi bakn rolunu oynayan Federal Ehtiyatlar Sisteminin faiz artımına gedəcəyi gözlənirdi. Bundan sonra ABŞ-da dolların bahalaşacağı proqnozlaşdırılırdı. Amma ABŞ faizi artırmadı. Belə bir fikir səsləndirdi ki, faizlər bu il yox, gələn ilin əvvəlində artırıla bilər. Bu da tamami ilə surpriz xəbər oldu. Ona görə də dollar dünyada ucuzlaşmağa başladı.

Bunun təsirləri təbii ki, ölkəmizə də oldu. Son bir neçə gündür ki, dolların ucuzlaşmasının, avronun isə bahalaşmasının şahidi oluruq. Azərbaycanda isə əhalinin yığımının böyük bir hissəsi dollarlaşıb. Əhali yığımda daha çox dollara üstünlük verir. Ona görə bu proses bir neçə gün davamlı olsa, əhalinin müəyyən qədər dollardan imtina edib, yığımlarını avro ilə aparması gözləniləndir. Bu da Mərkəzi Bankın işinə yarayacaq. Çünki, manatın məzənnəsini saxlamaq üçün bazara dollar buraxır. İndi isə əhali bazara dollar çıxarırsa, Mərkəzi Bankın işi asanlaşmış olacaq. Amma bu proses dərhal baş verməyəcək. Əhali gözləmə mövqeyi tutacaq. Əgər dolların ucuzlaşması davalı olarsa, əhali tərəfindən bu addımların şahidi ola bilərik".

Digər iqtisadçı Yaşar Əsədov da eyni fikirdədir. O da əhali tərəfindən dollar satışının artacağını deyir: "Məzənnələrin dəyişməsindən qazanc əldə etmək istəyən insanlar çoxdur. Adətən neftin qiyməti yüksələndə dolların məzənnəsi enir. Dolların məzənnəsini bundan sonra necə dəyişəcəyini proqnoz etmək mümkündür. ABŞ-ın xarici dövlətlərə 19 trilyon dollar borcu var. Ona görə də ABŞ-a dolların qiymətinin mümkün qədər aşağı düşməsi sərf edir. Çünki, qaytarılan borcun miqdarı az olacaq. O baxımdan ABŞ Federal Ehtiyat Sistemi artıq 3–cü ildir ki, faktiki olaraq, faizsiz dollar çap edir. ABŞ-da uçot dərəcəsi 0.25 faizdir.

ABŞ-ın Federal Ehtiyat Sistemi dövlət idarəsi sayılmır. 12 bankın təsis etdiyi özəl qurumdur. ABŞ dollarının çap edilməsini həmin özəl idarəyə həvalə edib. Yəni, Federal Ehtiyat Sistemi dolları çap edib, ABŞ dövlətinə borc verir. Hazırda həmin uçot dərəcəsi də 0.25%-dir. Lakin ən vacib məsələ odur ki, dollar hazırda dünya ehtiyat valyutası kimi fəaliyyət göstərir. Yəni, Federal Ehtiyat Sistemi həmin 0.25 faiz ilə dolları bütün dünyada dövr etdirir. Belə demək mümkünsə, təxminən havayı pul paylayır. Bunun da nəticəsi o olmalıdır ki, dollar kəskin dərəcədə ucuzlaşmalıdır. Təbii ki, bunun üçün dünya ABŞ-ın bu maliyyə siyasətinə müqavimət göstərməlidir. Əks təqdirdə, dünyada böyük maliyyə böhranı gözlənilir".



Sizin Reklam Yeriniz