Əlaqə Arxiv
news Image
2015.10.16
09:00
| A A A
Ucuz neft dünya iqtisadiyyatı üçün böyük problemə çevrilir
Neftə görə ABŞ-ın dolların məzənnəsini aşağı salması proqnozlaşdırılır

Neftin qiymətində tez-tez yaşanan dəyişikliklər və bazarda spekulyativ amillərin güclü təsir mövqeyinə malik olması dünya iqtisadiyyatının inkişafının qarşısında hələ də ən böyük maneələrdən biri kimi çıxış edir. Hətta neftin qiymətinin müəyyənləşməsində əsas rol oynayan ölkələrdən biri kimi dəyərləndirilən ABŞ-ın özündə də bu sahədə vəziyyətin getdikcə pisləşməsi müşahidə olunur.

Yeri gəlmişkən qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) 2016-cı ildə ABŞ-da neft istehsalının 8 ildən sonra ilk dəfə azalacağını proqnozlaşdırır. Bildirilir ki, Fransanın "Total" şirkətinin neft və təbii qaz istehsalını 0,5 faiz azaldaraq gündəlik 12,74 milyon barrelə çatdırması gözlənilir. İstehsaldakı azalmaya səbəb kimi neftin qiymətindəki ucuzlaşma ilə əlaqədar xərclərin məhdudlaşdırılması göstərilir. "Baker Hughes Inc."in məlumatlarına görə, ötən ilin oktyabrından bu vaxtadək ABŞ-da istifadə olunan qazma qurğularının sayı yarıdan çox azalıb.

ABŞ-ın Massachusetts əyalətində yerləşən "Strategic Energy & Economic Research"in rəhbəri Maykl Lunç bildirib ki, gələn il şist qazı və neft istehsalında olub-olmayacaqları hələ ki məlum deyil. Qazma və istehsal ilə bağlı məlumatlar pessimist proqnozu təsdiqləyir. "Energy Information Administration"un məlumatlarına görə, ABŞ-ın həftəlik istehsalı avqust və sentyabr aylarında, iyun və iyulla müqayisədə gündəlik təxminən 330 min barrel azalıb. Bütün bunlar isə ABŞ iqtisadiyyatı üçün də ciddi problemə yol açır.

Daha bir vacib məqam isə okeaının o tayında iqtisadi durumun pisləşməsinə güclü dolların təsiridir. ABŞ Mərkəzi Bankı etiraf edir ki, güclü dolların təsiri ilə ABŞ iqtisadiyyatında yavaşlama qeydə alınır. Güclü dollar daha çox emal sənayesinə və turizm sektorlarına təsir edir. bu səbəbdən dolların kursunun zəiflədilməsi zəruri sayılır. Əks halad ABŞ-da neft istehsalı tamamilə çökə bilər.

Özü də bütün bunlar neft bazarında yeni situasiyanın yaranması fonunda baş verir. Söhbət ilk növbədə Avropa bazarlarından gedir. Belə ki, "Röyters" agentliyi Rusiyanın Avropa bazarı uğrunda mübarizəni genişlətdiyini yazır: "Moskva Səudiyyə Ərəbistanının Avropa bazarına çıxışını qəbul etmək istəmir və bu istiqamətdə amansız rəqabət gedir". Agentlik qeyd edir ki, Moskva ilə Ər-Riyadın Suriyada fikir ayrılığı Avropa bazarına münasibətdə də özünü göstərir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu günlərdə Səudiyyə kralının oğlu, regionda təhlükəsizlik siyasətinin hazırlanmasında əsas fiqur olan ibn Məhəmmədlə müzakirələr apardı. Lakin nəticə əldə olunmadı. Rusiya oktyabrın 21-də OPEK ölkələrinin müşavirəsində iştirak edəcək. OPEK-ə daxil olmayan 8 ölkə var. Bunlar Rusiya, Azərbaycan, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Omandır. Müşavirədə Venesuela aşağı keyfiyyətli neftin bir barrelinin 70 dollar qiymətində saxlanılması üçün yeni strategiya təklif edəcək. Küveytin neft sənayesi naziri də çərşənbə axşamı bildirdi ki, OPEK bu strategiyanı müzakirə edəcək". "Röyters" əlavə edir ki, söhbət neft xammalı bazarı uğrunda mübarizədən gedir: "Dünyada ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı ildə təxminən 20 milyon ton xammalı Polşaya çatdırmaqla Rusiyanı bu bazardan çıxarmağa başlayıb". Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, qlobal neft bazarları uğrunda həmişə rəqabət olub: "Lakin indi bu rəqabət daha amansızdır. Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında rəqabətlə bağlı öz strategiyasını reallaşdırır". Novak gözləyir ki, 2016-cı ilin ikinci yarısında neft bazarında tarazlıq yaranacaq. Onun sözlərinə görə, bu ilin üçüncü rübü ərzində tələbat təklifdən üstün idi. "Röyters" yazır ki, neft bazarı uğrunda mübarizə yeni müharibələrə də yol aça bilər: "Xüsusilə Yaxın Şərqdə üz-üzə gələn neft ölkələri üçün bu qaçılmaz hala çevriləcək. Neft istehsal edən daha kiçik ölkələr üçün də çətin dönəm başlaya bilər və onlar tərəf seçməkdə çətinlik çəkəcək".

Bütün bunlar neft bazarında qeyri-sabit vəziyyətin yaranmaqda olduğunu göstərir. Belə vəziyyət isə neft hasil edən digər ölkələrdə olduğu kimi ABŞ-da da bu sahədə ciddi problem yarada bilər. Hazırad hasialtçı ölkələrin bir çoxu, o cümlədən Azərbaycan baş verənlərə qarşı preventiv tədbirlər hazırlayır. Bu fonda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoprunbun payı dayanıqlı inkişaf baxınımdan müsbət qiymətləndirilə bilər. Məhz bunu sayəsində artıq ölkədə büdcə gəlirlərinin strukturunun dəyişdirilməsində uğurlar əldə edilib. Həmçinin, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artıq 70 faizə çatır. Bütün bunlar neft bazarında yeni vəziyyətinAzərbaycaan təsirini əhəmiyyətli dərəcədə azaldır.




Sizin Reklam Yeriniz