Əlaqə Arxiv
news Image
2015.10.15
20:20
| A A A
Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırılır

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, "Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır" cümləsində "10 milyon" sözü "500 milyon" sözü ilə əvəz edilir. Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.


Sizin Reklam Yeriniz