Əlaqə Arxiv
news Image
2015.10.16
17:50
| A A A
Mehdi Hüseyni: "İranın dünya bazarına qayıtması neftin qiymətinin düşməsinə səbəb olmayacaq"

İrana ölkənin neft sənayesini tam müasirləşdirmək üçün yaxın 5 ildə ən azı 150 mlrd. ABŞ dolları tələb olunur. Bu barədə Movqe.az TASS-a istinadən məlumat verir.

İranın neft naziri Bijən Namdar Zəngənənin baş məsləhətçisi Mehdi Hüseyni bildirib ki, bu vəsait "qara qızılın" hasilat həcminin artırılması, eləcə də təbii qazın durulaşdırılması üzrə zavodların və digər neft və qaz emalı obyektlərinin tikintisi üçün lazımdır.

M.Hüseyni hesab edir ki, İranın dünya bazarına qayıtması neftin qiymətinin düşməsinə səbəb olmayacaq: "İranın bazara çıxmasının ilk mərhələsində qiymətlər düşə bilər. Lakin biz gözləyirik ki, 2016-cı ildə ABŞ-da şist karbohidrogenlərin hasilatı gündə 500 min barelə qədər düşəcək, bu da çatışmazlıqlar yaradacaq. İran nefti həmin boşluğu dolduracaq".

Nazirin sözçüsü həmçinin qeyd edib ki, İran neft hasilatını üç mərhələdə artırmağı planlaşdırır - sanksiyaların aradan qaldırılmasından sonra gündə 500 min barel, daha sonra gündə 4.2 mln. barelə qədər çatdırılacaq. Üçüncü mərhələdə isə hasilatın daha 2 mln. barel, yəni gündə 6 mln. barelə qədər artırılması nəzərdə tutulub.


Sizin Reklam Yeriniz