Əlaqə Arxiv
news Image
2015.10.16
18:00
| A A A
BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub

BMT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsi təqdim olunub.

BMT-nin Bakı ofisindən verilən məlumata görə, veb-səhifə www.az.one.un.org ünvanında yerləşir.

Məlumata əsasən, veb-səhifə çoxfunksiyalıdır və BMT-nin Azərbaycan nümayəndəliyinin ölkədə fəaliyyətini əks etdirir.

Bu veb-səhifədə Azərbaycanda fəaliyyət göstərən 18 BMT Agentliyi haqqında məlumat və təşkilatın ölkədəki Tərəfdaşlıq Çərçivəsi, BMT rezident əlaqələndiricisinin illik hesabatları var.

Bundan əlavə, yeni yaradılan veb-səhifə Azərbaycan, BMT və Azərbaycan münasibətləri, ölkədə BMT rezident əlaqələndirmə sistemi, BMT-nin Azərbaycandakı tərəfdaşları və xoşməramli səfirləri və s. barədə məlumatları əks etdirir.

Veb-səhifə Azərbaycandakı çoxsaylı BMT Agentliklərinin Birgə İctimai Əlaqələr Strategiyasının tətbiqi üçün atılan ilk addımdır.


Sizin Reklam Yeriniz