news Image
2012.04.15
18:16
| A A A
Azərbaycanın aerodromları NATO standartlarına uyğundur
Bunu Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi general mayor Ramiz Nəcəfov bildirib Azərbaycan Silahlı Qüvvələrinin idarə olunmasının səmərəliliyinin artırılması məqsədi ilə 2007-ci ildən bütün strukturlar NATO-nun J strukturuna uyğunlaşdırılıb. Bunu Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general mayor Ramiz Nəcəfov Bakıda keçirilən "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanın aerodromları, hərbi gəmiləri NATO standartlarına uyğunlaşdırılıb. İdarə rəisi Silahlı Qüvvələrin Akademiyasında "Müdafiə siyasəti strategiyası" adlı fənnin hazırlanaraq tədrisinə başlandığını da deyib. R. Nəcəfov bildirib ki, NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. Silahlı qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində bir sıra nailiyyətlər əldə olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs