Əlaqə Arxiv
news Image
2015.10.17
13:20
| A A A
Əhalinin gəliri artıb
TAP-ın icraçı direktoru həmin şirkətlərin daha sağlam texnologiya təklif etdiyini qeyd edib

2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 30,12 milyard manata çatıb. Movqe.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 75,59 faizi son istehlak xərclərinə, 9,45 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,88 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,08 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,27 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.



Sizin Reklam Yeriniz